4/23/2009

Hömeynige aldan'ghan sherietmetdari


Hömeynige aldan’ghan sherietmetdari

Jenobi Azərbaycanda 1945-1946-yillərdə mövjud olmush Azərbaycan Milli hökuməti İranda yashayan Azərbaycan türklərinin yaddashında dərin izlər buraxdı.
1951-yildə İranda neft sənayesinin milliləshdirilməsi barədə qanun qüvvəyə minir. Bu, Böyük Britanya ilə münasibətlərin kəskinləshməsinə səbəb olur. Buning bilen birtaniye yardimide iranda inqilap bashlinishqa bashlidi. Buningda jemiyette eng qattiq izilwatqan azerbayjanlar aktip ishtirak qildi. Bularning bashlamchiléridin béri Sherietmetdaridur. U homeynining ustazi bolup siyasi islam terepdari idi. 79- yilqi inqilapta inqilapning bayraqdari bolghan azerbayjanlargha hömeyni wede bérip inqilap ghelbe qilsa ulargha muxteryat béridighan yaki yuquri özerk(aftunomiye) béridighan bolghan. Lékin inqilaptin kiyin wedisidin yéniwélip sherietmetdarini öy qamiqigha élip uning tashqi dunya bilen bolghan alaqisini üzgen, uning terpdarléridin nechche yüzni atqan we nechche mingini qamighan. Shundaq qilip pütün millet boyiche aldan’ghan….
Xomeyniyə aldanan Şəriətmədari
Və ya 30 il əvvəlki yanlışlığın agır nəticəsi
Güney Azərbaycanda 1945-1946-ci illərdə mövcud olmuş Azərbaycan Milli hökuməti İranda yaşayan Azərbaycan türklərinin yaddaşında dərin izlər buraxdı.Xatirələrdən silinməyən Səməd Behrəngi kimi ziyalı bir Azərbaycan türkünün öz ana dilində yazıb oxumağı tələb etdiyi üçün Məhəmməd Rza Pəhləvinin cəlladları tərəfindən boğularaq Araza atılması və s.hadisələr cənubda yaşayan xalqımızın səbrinin daşdığını bildirirdi.
1951-ci ildə İranda neft sənayesinin milliləşdirilməsi barədə qanun qüvvəyə minir. Bu, Böyük Britanya ilə münasibətlərin kəskinləşməsinə səbəb olur.Belə ki, 1933-cü ilin neft müqaviləsinə görə,İngiltərənins İran neft şirkəti ilə bağladığı razılaşmaların şərtləri bitərəfli qaydada dəyişdirilə biməzdi. İslahatları həyata keçirən baş nazir Müsəddiq mənşəcə Qacar sülaləsindən idi.Odur ki, onun islahatları İranda hakimiyyəti itirmiş türklərin yenidən Pəhləvilərdən qisas alması kimi də qiymətləndirildi.
Lakin Qacar dirçəlişi ABŞ və Böyük Britaniyanın Pəhləvi hökumətinə köməyi sayəsində dayandırıldı. Müsəddiq baş nazirlikdən uzaqlaşdırıldı. 1979-cu ildə İranda şah taxtının çevrilməsi və Xomeyni dövlətinin yaranması mühüm hadisələrdəndir. Əslində bu hərkatda farsları təşkilatlandıran, şahın əleyhinə qaldıran Azərbaycan türkü olan Ayətullah Teleqani və Ayətullah Xomeyninin müəllimi onu ölümdən xilas eləyən Ayətullah Şəriətmədaridir.Qərbdəki hakim qüvvələrin icazəsilə “Fədaiyani-xalq” Mücahidani-xalq“ “Furqan’’və digər qərb gizli təşkilatları şahın devrilməsi üçün meydanlara dolurdular. Orta Şərqdə rəhbərlik yuxusu görən və kifayət qədər gücə malik olduğunu zənn edən şahın taxtı devrildi: Inqilabda Azərbaycanın və Seyid Məhəmməd Kazım Şəriətmədarinin yeri məsələsinə gəldikdə isə, 1978-1979-cu illər İran inqilabının başlanmasında, inkişafında və qələbə ilə nəticələnməsində Güney Azərbaycan, xüsusilə Təbriz şəhəri və təbrizlilər, eləcə də Tehranda yaşayan çoxmilyonlu Azərbaycan türkləri başlıca və həlledici rol oynadılar.
1978-ci il yanvarın 9-da ölkənin ən iri din mərkəzlərindən sayılan Qum şəhərində Azərbaycan türkləri olan tələbələr polis özbaşınalığına, konstitusiya qaydalarının pozulmasına etiraz olaraq nümayişə çıxdılar. Polis bir neçə minlik nümayişi dağıtdı, çoxlu ölən oldu. O qanlı hadisəni kəskinliklə pisləyən Şəriətmədarinin çıxışı bütün ölkədə əks-səda doğurdu.
Fevralın 18-də Təbrizdə keçirilən dinc nümayiş Şəriətmədarinin gözləmədiyi bir halda hakimiyyətə qarşı güclü üsyana çevrildi.Azərbaycan türklərinin milli-demokratik mübarizəsində önəmli yer tutan bu üsyan iki gün çəkmiş,minlərlə Azərbaycan türkü öldürülmüş və yaralanmışdı.Tarixə “29 Bəhmən üsyanı” adı ilə düşmüş bu çıxış Pəhləvi sülaləsinin fəqərə sütununa öldürücü zərbə vurmuşdur.
Şəriətmədari vaxtilə (1945-1946-cı illər) milli hökumətin məhv edilməsini alqışlayanlardan biri olmuşdu.Sonralar böyük bağışlanmaz səhvə yol verdiyini başa düşərək, milli dövlətin ideyalarının təbliğinə başladı.
Şəriətmədari hərəkatda daha bir səhv edərək, hərəkatda rəhbərliyə Xomeyninin gətiriməsinə, öz liderliyinin ona veriməsinə razı oldu.
Ayətullah Xomeyni hələ Parisdə yaşayarkən Şəriətmədarini aldada bilmişdi. Əgər hərəkat uğurlu olarsa,Şəriətmədarinin yerinə Xomeyni gəlib İranın hakimiyyətinin başına keçəcək və illər uzunu azadlığı qəsb edilmiş Azərbaycan türklərinə muxtariyyət veriləcək idi.
Azərbaycan türklərinin siyasi təşkilatları arasında 1979-cu il fevralın sonunda yaranmış Müsəlman Xalq Partiyasının (İran müsəlman xalqının respublika partiyası)ayrıca yeri var idi. Bu partiya Qumdakı Azərbaycan türkləri tərəfidən yaradılmışdı.Farsda yaşayan qaşqay qəbilə başçıları arasında partiyanın tərəfdarları az deyildi.
1979-cu ilin sonlarınadək bu partiya Xomeyni tərəfdarlarının həmin il fevralın 20-də yaratdığı indi hakim partiya olan İslam Respublika Partiyası ilə qarşı-qarşıya dura bilən nüfuzlu müxalif partiyalarından biri idi.
1979-cu il yanvarın 16-da şah İranı tərk etdi. Yanvarın 31-də Xomeyni Tehrana gəlmiş, Şəriətmədarinin yerinə hərəkat liderliyinə keçmişdi. Müvəqqəti hökumətin təşkilini Mehdi Bazarqana tapşırmışdı.Xomeyni şah taxtına çıxandan sonra Azərbaycan türkləri Təbriz televiziyasında və radiosunda ana dilində verilşlər təşkil etdilər. Ana dilində nəşriyyatlar açıldı.Xomeyni idarəsi isə bu hərəkatı üsyan kimi qəbul etdi; ana dilinin təbliğində fərqlənən 12 nəfər Azərbaycan türkünü qətlə yetirdi. Azərbaycan türklərinin bir qismi ADP (Azərbaycan Demokrat Partiyası) daxilində fəaliyyət göstərirdi.
Yeni konstitusiya qəbul olundu. Konstitusiyanın “vilayəte- fəqih” yəni ölkənin dini başçısının ali siyasi hakimiyyətini təsdiq edən 110-cu maddəsi ölkə başçısına ,dini rəhbərə qeyri –məhdud mütləq hakimiyyət hüquqları və varisini özü müəyyən etmək ixtiyarı verməklə bir diktaturanı (şahlıq ) başqası ilə (klerikal)əvəz etdi. Dini rəhbər –eyni zamanda silahlı qüvvələrin ali baş komandanı idi. İranda Vatikan tipli monarxiya yaradıldı. Dini rəhbərin əlində qanunverici və idarəedici səlahiyyətlər cəmləşirdi. Prezident seçkiləri formal olaraq keçirilirdi. Əslində İranda prezidentin dövlət idarəçiliyində heç bir rolu yoxdur.
Təbrizdə 110-cu maddə etirazla qarşılanmış və böyük bir üsyanla nəticələnmişdi.Dövlət idarələri,radio,televiziya stansiyaları təyyarə meydanı ələ keçirilmiş,Cənubi Azərbaycan “Azərbaycan İslam Respublikası” elan edilmişdi. Üsyanda yüz minlərlə Azərbaycan türkü iştirak edirdi.Üsyana Müsəlman Xalq Partiyası rəhbərlik edirdi. Üsyanda ADP, maoçu Peykar partiyası və fədailər iştirak edirdi.
1979-cu il dekabr Təbriz üsyanı amansızlıqla yatırıldı. Seyid Məhəmməd Kazım Şəriətmədari Təbriz şəhərində verdiyi bəyanatında dövlətin dünyəvi olmasının labüdlüyünü, dövlət orqanlarına “Vilayəti Fəqih”lərin(dini müctəhidlər) yaxın buraxılmamasının zəruriliyini qeyd edir,dünyəvi dövlət qurulmazsa,dini diktatura yaranacağı haqqda mülahizələr irəli sürürdü.
Şəriətmədari bir neçə dövlət quruluşlu Federativ İslam respublikası qurulmasını tələb edirdi.Bu Federativ respublikada İran əhalisinin çoxluğunu təşkil edən Azərbaycan türkləri aparıcı rol oynamalı idilər.Lakin öz hakimiyyətini könüllü Xomeyniyə güzəştə getmək Şəriətmədariyə baha başa gəldi. Öz ideyalarını o,həyata keçirə bilmədi.1979-cu il martın 31-də keçirilmiş referenduma Xomeyninin təklifi çıxarılmış,aprelin 1-də İran “İslam Respublikası”kimi tanınmışdı.
İran Xalq Mücahidlərinin Azərbaycan təşkilatının başında Şeyx Məhəmməd Xiyabaninin nəvəsi Musa Xiyabani dururdu. O,islamçı ordu hissələri ilə döyüşdə öldürüldü.Musa Xiyabani də Azərbaycanın muxtariyyatı uğrunda mübarizə aparırdı. Şəriətmədari liberal və demokrat idi. O, ruhanilərin siyasi işlərdə iştirakına qarşı olmuşdu.Onun Güney Azərbaycanda, Tehran, Qum və Azərbaycan türklərinin çoxluq təşkil etdiyi başqa şəhərlərdə çoxlu tərəfdarları var idi. Şəriətmədari islam prinsipləri ilə sosialist cəmiyyətinin idarəçilik formasını birləşdirib yeni quruluş yaratmağa çalışırdı. Yeni quruluşda siyasi baxışına baxmayaraq, bütün partiyalar azad fəaliyyət göstərməli, söz, mətbuat azadlığına geniş yer verilməli idi.
Şəriətmədari və tərəfdarları islam ümmət pərdəsinə bürünmüş fars faşistləri, mollaları tərəfindən məhv edildi. Abbas Atilayın “İslamın ipi” məqaləsində də Şəriətmədariyə xüsusi yer ayrılmışdır: “İslami inqilab zamanı İran daxilində böyük nüfuzu olan milliyyətcə türk Şeyx Şəriətmədari rejim əleyhinə mübarizəyə qalxdı. Bir ilə yaxın davam edən qarşıdurmadan sonra Şəriətmədarinin minlərcə tərəfdarı həbs edildi, edam maşını yenidən işə düşdü və nüfuzlu Şeyx ömrünün sonlarınadək ev məhbusu oldu.
İranda şah rejimindən daha irticaçı olan bir rejim quruldu. Azərbaycan türkcəsində çıxan qəzet-jurnallar, nəşrlər dayandırıldı. Şah rejimində daha irticaçı olan rejim hazırda İran- fars kimliyi altında Azərbaycan türklərinə qarşı assimilyasiya siyasətini şah rejimindən betər aparır. İran isə siyasi cəhətdən bir necə əsr geriləyərək hətta orta əsrlərdə belə mövcud olmayan bir bataqlığa düşüb.
İran İslam Respublikasının əsas qanununun 15-ci maddəsində yazılan “məhəlli dillər məktəblərdə oxudula bilər” sözləri başqa maddələr kimi formal olaraq yazılıb. Ölkə qanunlarla yox, fars mollalarının fitvaları ilə idarə olunur. Kim konstitusiyada yazılan hüquqları tələb etsə, məhv edilir, ölkədən deportasiya olunur. Doğulmayan və ya məhv edilən azadlıq isə dirçəlmək arzusu ilə həmişə yaşamağa can atır.

Elşən Mirişli
“Türküstan” qəzeti

Hiç yorum yok:

Yorum Gönder